Mədəniyyət

Yaponiya-Azərbaycan münasibətləri 2020” jurnalı çap edilib

Yaponiyanın Azərbaycandakı Səfirliyinin yeni nəşri olan “Sizin Yaponiya” başlıqlı “Yaponiya-Azərbaycan münasibətləri 2020” jurnalı işıq üzü görüb.

İstiqlal.az xəbər verir ki, bu dəfəki jurnalda ikitərəfli münasibətlər, Yaponiya və yapon mədəniyyəti haqqında müxtəlif maraqlı məlumatlar da əhatə olunub. Yaponiya ilə ölkəmiz arasında münasibətlər, yapon mədəniyyəti, mətbəxi, təhsil proqramları haqqında məlumat almaq üçün jurnala nəzər salmaq kifayətdir.

Jurnalın ilk səhifəsində ötən ilin avqust ayından Azərbaycanda səfir olaraq fəaliyyətə başlayan Vada Cüniçinin müraciət mesajı yer alıb. Daha sonra 2020-ci ildə Yaponiya üçün böyük əhəmiyyət kəsb edən Böyük Şərqi Yapon Zəlzələsinin 10-cu ildönümü haqqında məlumat qeyd olunub. Gələn il, yəni 2022-ci il Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü olaraq “Yaponiya-Azərbaycan Dostluq İli” kimi qeyd olunacaq. Jurnalda “Dostluq İli” üzrə hazırlıqlar üçün də yer ayrılıb. Bundan əlavə, Yaponiyadan Azərbaycana iqtisadi yardım, Yaponiyada təhsil proqramları və həmin proqramlar üzrə təhsil təcrübəsi olan insanların qısa müsahibəsi də işıqlandırılıb. Yapon mətbəxinə marağı olanlar, Yaponiya səfirinin aşbazının hazırladığı yapon mətbəxi nümunəsi üçün də jurnala nəzər sala bilər. Bundan əlavə, müasir yapon mədəniyyəti nümunəsi olan Cosplay haqqında məlumat almaq, Azərbaycanda cosplay mədəniyyətinin tarixi və inkişaf perspektivləri barədə məlumatlanmaq üçün jurnalın son səhifəsinə baxmaq kifayətdir.

Jurnalın elektron formasına nəzər salmaq üçün bu linkə daxil olmağınız xahiş olunur: ( https://www.az.emb-japan.go.jp/files/100178195.pdf ).

Jurnalın son səhifəsində qeyd olunan bu linkdən daxil olaraq jurnal haqqında anket sorğusunda iştirak etmək də olar. (https://www.surveymonkey.com/r/6S6688G ).

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button