İdman

Yaponiya hökuməti 2 azərbaycanlı idmançını təltif edib

Yaponiya hökuməti tərəfindən “2021-ci il Xarici vətəndaşlar üçün Orden-Yaz kateqoriyası” üzrə Azərbaycandan 2 nəfərin Gümüş Şüalı Gündoğar Ordeni (The Order of the Rising Sun, Silver Rays) ordenlə təltif olunması qərarlaşdırılıb.

İstiqlal.az xəbər verir ki, bu ordenlərə Kanokan-TT Peşəkar Cüdo İdman Klubunun prezidenti Tərlan Həsənov və Paralimpiya cüdosu üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Əhməddin Rəcəbli layiq görülüb.
Xarici vətəndaşlar üçün Orden Yaponiya ilə dostluq əlaqələrinin inkişafında diqqətəlayiq əməyi olmuş xarici vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim olunur. Bu, 2016-cı il “Payız kateqoriyası” üzrə “Geniş lentli Gündoğar Ordeni” (Grand Cordon of the Order of the Rising Sun) ilə təltif olunan sabiq Baş nazirin müavini Abid Şərifovdan sonra növbəti ordenlərdir.

Növbəti olaraq, Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən orden sahiblərinin ordenlə təltif olunması və ordenlə bağlı diplomun təhvil verilməsi üçün təltifetmə mərasiminin keçirilməsi planlaşdırılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button