İqtisadiyyat

Yaponiya şirkəti Azərbaycanda daha iki tütünqurutma müəssisəsi açacaq

Yaponiyanın “TET International Development” şirkəti Azərbaycanda bu il daha iki tütünqurutma müəssisəsi açacaq. Yeni tütün müəssisələrinin açılışı iyulun 9-da Tovuzda, 12-də isə Zaqatalada baş tutacaq.
“APA-Economics” xəbər verir ki, bunu şirkətinin direktoru Taro Savada Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət 2017-ci ildən Azərbaycanda biznes imkanlarını araşdırır ki, bunun nəticəsində artıq bir neçə rayonda tütünçülük sahəsində fəaliyyətdədir. 
Qeyd edək ki, Yaponiya şirkəti tərəfindən 2019-cu ildə Azərbaycanda iki tütünqurutma müəssisəsi açılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button