Dünya

Yaponiyada gəmilər toqquşub, itkin düşənlər var

Yaponiyanın “Bayakko” yük gəmisi ilə “ULSAN PIONEER” tankeri toqquşub.
“Report” NHK telekanalına istinadən xəbər verir ki, hadisə Yapon dənizində, Sikoku adası sahilində qeydə alınıb.
Qəza nəticəsində “Bayakko” yük gəmisi çevrilib. Onun 12 heyət üzvündən 9-u xilas edilib. Qeyd edilir ki, heyət üzvlərindən 3-ü itkin düşüb. Onların axtarışlarına sahil mühafizə xidmətinin 10-dan çox kateri cəlb edilib.
Hadisə nəticəsində “ULSAN PIONEER” tankerinə hər hansı ciddi ziyan dəyməyib. İnsident zamanı onun göyərtəsində 13 dənizçi olub. Onlar Cənubi Koreya və Myanma vətəndaşlarıdır. Həmin şəxslərdən heç biri hadisə zamanı xəsarət almayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button