Dünya

Yaponiyada leysan yağışlarına görə 400 mindən çox əhali təxliyyə olunur

Yaponiyanın qərb bölgələrində son günlər yağan leysan yağışlarına görə 400 mindən çox sakinin təcili təxliyyə olunması üçün təlimat verilib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, həmin bölgədəki Kaqoşima, Kumamoto, Miyazaki prefekturalarında azı 240 min sakin üçün ən yüksək, daha 160 min sakin üçün isə nisbətən az səviyyəli təhlükə elan olunub.
Kaqoşima əyalətində təxliyyə olunacaq məskənlərdən birində Olimpiya Oyunlarına hazırlanan Argentina voleybol milli komandası qalır.
Yerli hava xidmətinə görə 450 mm-dən artıq yağıntı olduğu bölgədə daşqın və torpaq sürüşmələri təhlükəsinin yarandığı bildirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button