Dünya

Yaponiyada qatar maşinisti kabinəni tərk edib

Yaponiyada sərnişin qatarının maşinistinin qatar hərəkətdə ikən kabinəsini tərk etməsi qalmaqala səbəb olub.
“Report” CNN-ə istinadən xəbər verir ki, bu gün səhər Mərkəzi Yaponiya Dəmir Yolları (JR Central) şirkətinə məxsus sərnişin qatarı Şizuoka prefekturası Atami və Mişima stansiyaları arasında 90 mil, yəni 150 km/saat sürətlə gedərkən 36 yaşlı maşinist konduktordan icazə istəyərək sanitariya qovşağına keçib və üç dəqiqəyədək kabinədə olmayıb.
Qeyd edək ki, həmin vaxt qatarda 160-dək sərnişin olub.
Bu hadisə üzə çıxdıqdan sonra həmin maşinist izahatında ishal səbəbilə iş yerini tərk etdiyini, gecikməyə yol verməmək üçün qatarı saxlamaq istəmədiyini bildirib. “JR Central” şirkəti məsələ ilə bağlı Torpaqlar, İnfrastruktur, Nəqliyyat Nazirliyinə müraciət edərək üzr istəyib. Şirkət bunun onlarda ilk belə hal olduğunu bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button