Dünya

Yaponiyada torpaq sürüşməsi zamanı 130 ev dağılıb, onlarla insan itkin düşüb

Yaponiyanın Sidzuoka prefekturasının Atami şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib.
“Report”un məlumatına görə, bu barədə Kiodo agentliyi bildirib.
Qeyd edilir ki, təxminən iyirmi insan itkin düşmüş hesab edilir. Ancaq qeyd olunur ki, bu say arta bilər.
İtkin düşənlərin axtarışı üzrə əməliyyat dünən səhər yenidən davam etdirilib.
Sürüşmə nəticəsində təxminən 130 ev dağıntıya məruza qalıb. İndiyə qədər 18 nəfərin yerini müəyyənləşdirmək mümkün deyil. 500-dən çox insan müvəqqəti otellərə yerləşdirilib.
Fəlakətin vurdğu maddi zərərin real miqyasını qiymətləndirmək hələ çətindir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button