Dünya

Yaponiyada torpaq sürüşməsi zamanı 80 ev dağılıb, onlarla insan itkin düşüb

Yaponiyanın Sidzuoka prefekturasının Atami şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində 80-ə yaxın ev dağılıb.
“Report”un məlumatına görə, bu barədə NHK telekanalı bildirib.
Qeyd edilir ki, hazırda iki nəfərin həlak olması məlumdur, təxminən iyirmi insan itkin düşmüş hesab edilir. Ancaq qeyd olunur ki, bu say arta bilər.
İtkin düşənlərin axtarışı üzrə əməliyyat dünən səhər yenidən davam etdirilib. Telekanalın məlumatına görə, xilasedicilər torpaq sürüşməsi zonasındakı evlərin içində təxminən 10 sakini tapıblar. Onların həyatı üçün təhlükə yoxdur.
Fəlakətin vurdğu maddi zərərin real miqyasını qiymətləndirmək hələ çətindir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button