İqtisadiyyat

Yaponiyanın ÜDM-i rekord həddə azalıb

2020-ci maliyyə ilində (bu ilin martın 31-də bitib) Yaponiyanın real ÜDM-i illik ifadədə 4,6% azalıb. Bu, statistikanın aparıldığı 1955-ci ildən bəri ən böyük azalmadır.
“APA-Economics”in məlumatına görə, illik ÜDM-ə dair yenilənmiş statistika çərşənbə axşamı Yaponiyanın Nazirlər Kabinetinin saytında dərc edilib.
ÜDM-dəki mənfi dinamika fərdi istehlakın 2020-ci təqvim ilində 6%, ixrac həcmlərinin isə 12,5%-dən 10,5%-dək azalması ilə əlaqədardır. Son maliyyə ilində idxalın həcmi də azalıb – 6,9%.
2020-ci maliyyə ilinin IV rübündə (2021-ci ilin yanvar-mart ayları) Yaponiyanın ÜDM-i illik ifadədə 3,9% azalıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button