Redaktorun seçimiSiyasət

Yaqub Eyyubov: “Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir”

Ukrayna Baş nazirinin müavini – Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin renteqrasiya məsələləri üzrə naziri Aleksey Reznikovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüb.

Bu barədə “Report”a Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tərəflər regional təhlükəsizlik, qarşılıqlı faydalı layihələrdə birgə iştirak və digər geniş mövzuları müzakirə ediblər.

Y.Eyyubov Ukraynaya Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə dəstəklədiyinə görə təşəkkür edib. O bildirib ki, rəsmi Bakının da Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

O.Reznikov isə Ukrayna-Rusiya sərhədləri yaxınlığında rus qoşunlarının artmasından danışıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün ortaq öhdəliklərin olduğunu təsdiqləyiblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button