Cəmiyyət

Yararsız avtomobillərin utilizasiyası proqramı hazırlanıb

“Azərbaycanda ekoloji təmizliyi qorumaq məqsədilə istismara yararsız nəqliyyat növlərinin utilizasiyası proqramının tətbiqi ilə bağlı əsas mərhələ yekunlaşıb. Sənəd layihələri hazırlanıb və aidiyyəti dövlət qurumları ilə görüşlər keçirilib”.
“Report” xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov “Ekspert saatı”nda deyib.
O qeyd edib ki, təkliflər müzakirə olunub: “İki dəfə sənəd layihələrində zəruri dəyişiklik edilib. Hazırda sonuncu mərhələdəyik. Müəyyən məsələlərlə bağlı texniki fikir ayrılıqları dəqiqləşdikdən sonra qısa müddət ərzində layihələri baxılması üçün Nazirlər Kabinetinə göndərəcəyik”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button