İqtisadiyyat

Yaroslavl vilayəti ilə Rusiya-Azərbaycan İşgüzar Şurası arasında saziş imzalanıb

XXIV Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində Rusiyanın Yaroslavl vilayəti ilə Rusiya-Azərbaycan İşgüzar Şurası arasında əməkdaşlığa dair saziş imzalanıb.
APA-nın Sankt-Peterburqa ezam olunmuş xüsusi müxbirinin xəbərinə görə, sazişi Yaroslavl vilayətinin qubernatoru Dmitri Mironov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik imzalayıb.
“Bu gün Yaroslavl vilayəti ilə Rusiya-Azərbaycan İşgüzar Şurası arasında əməkdaşlıq haqqında imzalanan saziş iki ölkənin işgüzar şuralarının fəaliyyətinin məntiqi nəticəsidir. Aprel ayının sonunda hökumətlərarası komissiyanın iclası çərçivəsində Yaroslavl vilayəti ilə əməkdaşlıq haqqında çoxlu sayda birgə layihələr müzakirə olundu. Bu gün isə məhz həmin layihələrin həyata keçirilməsi üçün konkret addımlar atılmağa başlanıldı. Əminəm ki, bu saziş Rusiya ilə Azərbaycan arasında regionlararası əməkdaşlığa əlavə impuls verəcək”, – deyə A. Repik bildirib.
Onun sözlərinə görə, həm Rusiya, həm də Azərbaycanın iş adamları növbəti regionlararası forumun keçirilməsini səbirsizliklə gözləyir: “Çünki Rusiyanın subyektləri ilə Azərbaycanın regionları arasında əməkdaşlıq iki ölkə arasında iqtisadi münasibətlərə yaxşı impuls verir”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button