Cəmiyyət

Yasamalda yol qəzası olub, gənc oğlan yaralandı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Hadisə zamanı 1995-ci il təvəllüdlü, Abbasov Zahid Seyfəddin oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button