İdman

Yaşar Vahabzadə “Kəpəz”ə lisenziya verilməməsinin səbəbini açıqlayıb

“Bilirdim ki, Premyer Liqada iştirak üçün sənədlər verilib. Ancaq nə çatışmazlıq var idi, onlardan xəbərim yox idi”.
Bunu apasport.az saytına açıqlamasında “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Premyer Liqaya lisenziya almamalarına münasibət bildirərkən deyib.
Çalışdırıcı klubda maliyyə probleminin olduğunu etiraf edib: “Sənədləri təqdim etdikdən sonra AFFA-nın qərarını gözləyirdik. Əsas problemlərdən biri maliyyə məsələsi idi. Çünki sponsorlar yoxdur. Ümumiyyətlə, sənədlərin qaydasında olub-olmaması ilə maraqlanmamışdım”.
Yaşar Vahabzadə Gəncə təmsilçisinə lisenziya verilməməsini normal qarşılayıb: “İş davam edir, hər il yeni uşaqlar birinci divizionda çıxış edir. Əsas gənclərə diqqət ayırmaq lazımdır. Birinci divizionda çıxış edən hər bir klub cavanlara şans verməlidir ki, onlar yetişsin, oyunçu sayı çoxalsın”.
Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyasının bu gün baş tutan iclasında “Kəpəz”lə yanaşı, I divizionun digər təmsilçiləri “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala”ya da Premyer Liqada iştirak üçün lisenziya verilməməsini qərara alıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button