Cəmiyyət

“Yaşıl bazar”ın qarşısında iki avtomobil toqquşub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, “Yaşıl bazar”ın qarşısında iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1985-ci il təvəllüdlü Poladzadə Xırdaxanım Məcid qızı xəsarət alıb.
Yaralı, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona sağ əlin sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button