Cəmiyyət

“Yay məktəbi”ndə iştirak edən şagirdlərin sayı açıqlanıb

“Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq 2020-2021-ci tədris ilində ödənişsiz və könüllü əsaslarla təşkil edilmiş “Yay məktəbi” layihəsi artıq yekunlaşıb”.
“Report” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev feysbuk hesabında paylaşım edib.
O qeyd edib ki, pandemiya şəraiti ilə əlaqədar olaraq şagirdlərə bilik və bacarıqların mənimsənilməsində məsafədən təhsilin yaratdığı çətinliklərin həllinə dəstək göstərilməsi məqsədilə keçirilən “Yay məktəb”ləri ictimaiyyət tərəfindən də müsbət qarşılanıb: “”Yay məktəbi”ndə ümumilikdə ölkə üzrə 3136 məktəb, 27 4742 nəfər şagird və 59 420 nəfər müəllim iştirak edib. Bu təşəbbüsdə fəallıq göstərən bütün təhsil işçilərinə bir daha təşəkkür edirəm”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button