Mədəniyyət

Yeni “Göyçə: itirilmiş ocaq” sənədli filmi istehsal edilib

“Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən yeni “Göyçə: itirilmiş ocaq” sənədli filmi istehsal edilib.

“Report” xəbər verir ki, ekran əsəri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Filmdə buz kimi bulaqları, yaşıl çəmənləri, uca dağların qoynundakı mavi gözlü Göyçə gölünü, ruhun qidası olan ozan – aşıq sənətini xatırladan, igid insanları və qonaqsevərliyi ilə seçilən, eyni zamanda Azərbaycan mədəniyyətinin və tarixi coğrafiyasının ən böyük itkilərindən biri olan eldən, Oğuz yadigarı – Göyçədən bəhs edilir.

Sənədli filmin ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifləri tarixçi alimlər Nazim Mustafa, Ramin Əlizadə, rejissoru Teymur Nəcəfzadədir.

Sənədli film Azərbaycaningilisrus dillərində yutuba yerləşdirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button