Gündəm

Yeni imzalanmış əməkdaşlıq çərçivəsinin icrası müzakirə edilib

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə (UNSDCF 2021-2025) sənədinin builki icrası ilə bağlı iclaslar keçirib.
İstiqlal.az xəbər verir ki, BMT agentliklərinin rəhbərləri və nazir müavinlərinin sədrliyi ilə keçirilən iclaslarda ilk ildə görüləcək işlərin planlarını nəzərdən keçirilib, eləcə də maliyyə və resursların səfərbər edilməsi, əməkdaşlıq çərçivəsinin icrasını yaxşılaşdırmaq üçün mövcud çətinlikləri və onların aradan qaldırılması yolları müzakirə edilib.
Müzakirələr əsasən UNSDCF-in beş prioritet sahəsi üzrə aparılıb. Tədbir iştirakçıları inklüziv inkişaf, dövlət və sosial xidmətlərin göstərilməsi, siyasətlərə dair məlumatlar, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə, habelə gender bərabərliyinə əsaslanan cəmiyyətin qurulması istiqamətində görüləck işlərə dair fikir mübadiləsi aparıb.
UNSDCF sənədinin həyata keçirilməsi üçün təşkil olunan bu paralel iclaslar 30 aprel 2021-ci il tarixində uğurla baş tutan təqdimat seminarının davamıdır.
Qeydedək ki, BMT-nin ölkə üzrə idarə heyəti və Azərbaycan hökuməti ölkənin 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyinə doğru tərəqqisini sürətləndirmək məqsədi ilə yeni 2021-2025-ci əhatə edən BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə (UNSDCF) sənədini 1 mart 2021-ci ildə imzalayıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button