Dünya

Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub

Yeni Zelandiyanın Oklend şəhəri tornadoya məruz qalıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Radio New Zealand” radiostansiyası məlumat yayıb.
Təbii fəlakət nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
Məlumata görə, hadisə yerli vaxtla səhər 08:30 radələrində qeydə alınıb. Hadisə nəticəsində evlərin damı uçub, elektrik xətləri qırılıb, ağaclar aşıb, pəncərələr sınıb.
20-dən çox yanğınsöndürmə briqadası təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə məşğuldur.
Hadisə yerinə xilasedicilər cəlb edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button