Dünya

Yerevan məhkəməsində Koçaryanın Paşinyana qarşı iddiasına baxılır

Yerevan məhkəməsi bu gün Ermənistanın sabiq prezidenti Robert Koçaryanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyana qarşı iddiasına baxmağa başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, N.Paşinyan böhtanda günahlandırılır.

İddia 2020-ci ilin aprelində qaldırılıb. Sabiq prezidentin vəkillər komandasının mətbuat katibi Elina Saakova bildirib ki, iddia N.Paşinyanın referendum kampaniyası çərçivəsində Sünik bölgəsindəki mitinqlərdən birində verdiyi bəyanatla bağlıdır. Belə ki, N.Paşinyan mitinq zamanı sabiq prezident R.Koçaryanın topladığı böyük məbləğdə pul vəsaitini ordunun ehtiyaclarına yönəldəyəcəyinə söz verib.

Mətbuat katibinin sözlərinə görə, iddiaçı 2 milyon dram (təxminən 4 min dollar) təzminat tələb edir.

Bundan əvvəl də Koçaryanın vəkilləri Paşinyana qarşı iddia qaldırıblar. İddia hökumət başçısının sabiq prezidenti 2008-ci ildə müxalifət nümayişləri zamanı qətllər təşkil etməkdə günahlandırması ilə bağlı irəli sürülüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button