Cəmiyyət

Yevlax sakini itkin düşüb – FOTO

Yevlax sakini itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Elvin Hüseynli itkin düşüb.
Bildirilib ki, onunla ailəsi sonuncu dəfə iyul ayının 3-də Bakı şəhərində olarkən əlaqə saxlayıb. Həmin vaxtdan sonra E.Hüsyenlidən heç bir məlumat yoxdur.
26 yaşlı E.Hüseynlinin əlamətləri: gözlərinin rəngi qəhvəyi, üzü seyrək tüklü, idmançı bədən quruluşlu, ortaboyludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button