Cəmiyyət

Yevlaxda maşın aşıb, xəsarət alan var

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un bölgə müxbirinin verdiyi məlumatına görə, hadisə Yevlax- Ağdam yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağalıq əraziyə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Elmar Balaşlı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button