Dünya

Yunanıstanda meşə yanğını tüğyan edir

Yunanıstanın Peloponnes yarımadasının şimalında, Lutraki-Peraxora kurort şəhəri yaxınlığında mayın 19-da başlayan meşə yanğını getdikcə yayılır.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, dünən axşama olan vəziyyətə görə 5,5 min ha meşə sahəsinə ziyan dəyib. Bu barədə Afina Milli Rəsədxana məlumat verib. Artıq 6 yaşayış məntəqəsində insanlar təxliyə olunub, iki monastırda ehtiyat tədbirləri görülüb. Hadisənin səbəbi kimi isti küləkli havada quru budaqların yandırılması göstərilir.
Paytaxt Afinadan 70 km qərbdə baş verən alovuı söndürmək üçün 17 su səpən təyyarə və 3 helikopter dəstəyi ilə xeyli sayda yanğın xidməti əməkdaşları cəlb edilib. Yanğının tüstüsü ölkənin cənub bölgəsi boyu, hətta Ege dənizindəki bir çox adalardan aydın görünür. Hazırda bərk qərb və şimal-qərb küləyinin təsiri ilə tüstü Attika bölgəsinə, Kiklades adalarına, İkaria adasına yayılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button