İdman

“Yuventus” Çempionlar Liqasına buraxılıb

İtaliyanın “Yuventus” klubu Çempionlar Liqasında iştirak edə biləcək.
Apasport.az saytının məlumatına görə, UEFA Turin təmsilçisinə bunu təsdiq edən məktub ünvanlayıb.
Bu, o deməkdir ki, “qoca sinyora” 2021/22 mövsümündə qitənin ən nüfuzlu klub turnirində oynaya biləcək. Hərçənd, Superliqanın yaradıcısı olan üç klubun – “Real”, “Barselona” və “Yuventus”un bir mövsümlük cəzalanacağı ilə bağlı ehtimallar var idi.
Qeyd edək ki, UEFA Superliqa ilə bağlı İntizam işini müvəqqəti dayandırıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button