Gündəm

Zəngilanda 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb

Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov deyib.

O bildirib ki, Oxçuçay üzlük daşı yatağının ümumi ehtiyyatı 6 618 min kubmetrdir. İşğal dövrünə kimi yataqda istismar işləri aparılmayıb: “İşğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb. Yataqda düşmən tərəfindən aparılan istismarın həcminin və dəymiş zərərin müəyyənləşdirilməsi üçün geoloji-təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button