Cəmiyyət

Zəngilanda aeroportun təməli qoyulub

İşğaldan azad edilmiş Zəngilan rayonuna gedən dövlət başçısı İlham Əliyev bu gün yeni aeroportun təməlqoyma mərasimində iştirak edib.

Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq və o, yük təyyarələri də daxil olmaqla, bütün təyyarələri qəbul edə biləcək. “Zəngilanda aeroportun tikintisi bu regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan yaradır” deyə Əliyev bildirib və əlavə edib ki, Qarabağda azad edilmiş ərazilərdə üç aeroportun tikintisi planlaşdırılır.

“Hazırda Füzulidə aeroportun tikintisi üzrə işlər davam etdirilir və bu il artıq  fəaliyyətə başlayacaq”, – İlham Əliyev qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button