Dünya

Zalkaliani: Türkiyə-Gürcüstan-Azərbaycan formatı yaxşı əməkdaşlıq nümunəsidir

“Türkiyə-Gürcüstan-Azərbaycan formatı əməkdaşlıq və geosiyasi layihələrin həyata keçirilməsinin yaxşı nümunəsidir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani “İmedi” telekanalının efirində yayımlanan “İmedinin həftəsi” proqramında deyib.
O, oxşar formatın Gürcüstan, Ermənistan və Azərbaycan arasında da yaradılmasının mümkün olduğunu istisna etməyib: “Tbilisi dialoq üçün bir növ platforma ola bilər. Bu platformada hər üç ölkə üçün faydalı ola biləcək turizm, iqtisadi layihələrin müzakirəsini aparmaq olar və konkret layihələr ölkələr arasında etimadın dərinləşdirilməsi vasitəsinə çevrilə bilər”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button