Dünya

Zambiyanın prezidenti paradda huşunu itirib

Zambiya prezidenti Edqar Lunqu ölkə paytaxtı Lusakedə keçirilən hərbi parad zamanı huşunu itirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı dövlət başçısının administrasiyası yayıb.
Bildirilib ki, tədbir zamanı prezident Edqar Lunqunun qəflətən başı gicəllənib. Dövlət başçısı ölkə vətəndaşları və beynəlxalq ictimaiyyətə əminliklə bildirib ki, özünü yaxşı hiss edir, dövlət başçısı funksiyasını yerinə yetirir.
Edqar Çaqva Lunqu 2015-ci il yanvarın 25-dən Zambiyanın prezidentidir.
Qeyd edək ki, 64 yaşlı Edqar Lunqu huşunu itirəndən bir gün sonra Zambiyanın 97 yaşlı birinci prezidenti, 1964-1991-ci illərdə ölkəyə başçılıq etmiş Kennet Kaunda hospitala yerləşdirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button