Cəmiyyət

Zaqatalada baş verən qəzada 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb – YENİLƏNİB

Zaqatalada baş verən qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Qandax avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şəkidən tütünçüləri gətirən mikroavtobusun qarşısına qoşqulu motosiklet çıxıb. Nəticədə qəza baş verib.
Xəsarət alanlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
16:46
Zaqatala rayonunda ağır yol qəzası baş verib.”Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Qandax avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, mikroavtobus qəzaya düşüb. Nəticədə bir nəfər ölüb, bir neçə şəxs isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button