Zelenski 6 səfiri geri çağırdı

Ukrayna Prezidenti Vladimir Zelenski 6 səfiri geri çağırıb.

Bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Zelenski Ukraynanın Niderland, Belçika, İraq, Tailand, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindəki səfirlərini geri çağırıb.

Bundan başqa, Ukraynanın Avropa Birliyindəki nümayəndəsi də vəzifəsindən azad edilib.