Dünya

Zelenski: “Rusiya prezidenti ilə görüş üçün danışıqlar gedir”

Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyası Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil etmək üçün danışıqlar aparır.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Volodimir Zelenski mayın 20-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Rusiya prezidenti ilə görüş ya Donbasda, ya da neytral ərazidə keçirilə bilər: “Ancaq Moskvada olmayacağı dəqiqdir. Rusiya prezidenti Moskvada görüşməyi təklif etdi. Ancaq münaqişə zamanı ənənəvi olaraq belə görüşlər neytral ərazidə keçirlir”.
V.Zelenski bildirib ki, onun administrasiyası bu görüşün hazırlığı üçün Moskva ilə danışıqlar aparır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button