Dünya

Zelenski: “Tbilisi-Kiyev siyasi dialoqu yeni impuls əldə edir”

“Tbilisi və Kiyev arasında siyasi dialoq yeni impuls əldə edir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski gürcüstanlı həmkarı Salome Zurabişvili ilə Kiyevdə keçirdiyi görüşdən sonra birgə brifinqdə deyib.
Onun sözlərinə görə, Gürcüstan prezidentinin Ukraynaya səfəri ölkələr arasındakı strateji tərəfdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir: “Ölkələrimiz Avropa İttifaqı və NATO-nun tamhüquqlu üzvü olmaqla bağlı ümumi maraqları bölüşür. “Şərq tərəfdaşlığı”nın gələcək inkişafı üzrə mövqelərimizin üst-üstə düşməsini qeyd etmək mənim üçün çox xoşdur”.
S.Zurabişvili öz növbəsində deyib ki, Gürcüstan-Ukrayna münasibətləri normallaşıb və iki əsas prinsipə – xalqlar arasında çoxəsrlik dostluq, bir-birinin ərazi bütövlüyü və suverenliyinə davamlı və sarsılmaz dəstəyə əsaslanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button