Dünya

Zelenskinin ABŞ-a səfəri və Baydenlə görüşünün vaxtı açıqlandı

Ukraynanın prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri və Amerika lideri Co Baydenlə görüşü iyulun sonlarına planlaşdırılıb.
“Report” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Ukrayna – 24” kanalının efirində deyib.
Onun sözlərinə görə, səfər zamanı Baydenlə danışıqların aparılması və bir sıra digər vacib görüşlərin keçirilməsi planlaşdırılır: “Artıq hazırlığa başlamışıq, proqramın əsas elementləri üzərində işləyirik”.
Qeyd edək ki, bundan əvvəl Cozef Baydenlə Vladimir Zelenski arasında telefon danışığı olub. Ağ ev rəhbəri ukraynalı həmkarını yayda Vaşinqtona dəvət edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button