İdman

“Zirə” niderlandlı hücumçu transfer edib

“Zirə” yeni futbolçu ilə anlaşıb. 
Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, paytaxt təmsilçisi Mohamed Hamdoui ilə müqavilə bağlayıb. 
Niderlandlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. 28 yaşlı futbolçunun son klubu ölkəsinin “De Qrafshap” olub. O, həmçinin, “Vittes”, “Dordrext” və “Tvente” klublarında da çıxış edib.
Qeyd edək ki, qəsəbə təmsilçisi bunadək Təmkin Xəlilzadə, Ruslan Abışov, Mehdi Cənnətov, Hacıağa Hacılı, Rauf Hüseynli, Anar Nəzirov və Velvis Damakenanı heyətinə qatıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button